Yekaterinburqda “Ura.ru” nəşrinin redaktoru saxlanılıb
sizinxeber.az xəbər saytı

Yekaterinburqda “Ura.ru” nəşrinin redaktoru saxlanılıb


Yekaterinburqda “Ura.ru” nəşrinin regional redaktoru İqor Sergeyev həmkarı Denis Allayarovun işi üzrə şahid qismində saxlanılıb.

“Report”un “Ura.ru” nəşrinə istinadən verdiyi məlumata görə, o, vəkillərə onu İstintaq Komitəsinin regional idarəsinə dindirməyə apardıqlarını bildirib.

"İqor Sergeyev iyulun 23-də səhər saatlarında saxlanılıb. Hazırda onun harada olduğu məlum deyil. İşi aparan müstəntiq onun yerini açıqlamaqdan imtina edir", - jurnalistin vəkilləri bildirib.

Nəşrin redaktoru D.Allayarov artıq bir aydan çoxdur ki, istintaq təcridxanasındadır. Jurnalist Sverdlovsk vilayətindəki kriminal hadisələr haqqında qanunsuz yolla məlumat əldə etməkdə şübhəli bilinir. Həbsdən əvvəl redaksiyanın baş ofisində və bir neçə jurnalistin evində geniş axtarışlar aparılıb, lakin bu axtarışlar zamanı D.Allayarovun hər hansı təqsirinin təsdiqi tapılmayıb.

Oxşar xəbərlər

“Gündəlik Bakı” qəzetinin baş redaktoru saxlanılıb
“Baza”nın beş əməkdaşından ikisi ittiham irəli sürülmədən sərbəst buraxılıb - YENİLƏNİB
“Arqumet.az” saytının baş redaktoru Şəmşad Ağa saxlanılıb
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər