Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib
İyulun 7-də Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyana ölkəsinin hakimiyyətini Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyi barədə məlumatlandırması tapşırılıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Moskva bu addımın Rusiya dövlət telekanallarının Ermənistanda bloklanacağı təqdirdə atılacağı ilə hədələyib.
Qeyd olunub ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Arsenyanla söhbəti heç də xoş məcrada keçməyib.
"Səfirə birbaşa deyilib ki, Ermənistan hakimiyyətinin nə planlaşdırdığını bilirlər", - diplomatik mənbələr bildirib.
Daha əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan ölkədə Rusiya telekanallarının yayımının dayandırılması məsələsinə ciddi baxılmasının zəruriliyini bəyan edib.
Oxşar xəbərlər
İrəvan rus kanallarını bağlayır, KTMT-dən çıxır - Zatulin
Ermənistanın Moskvadakı yeni səfiri etimadnaməsini Rusiya XİN-ə təqdim edib
Ermənistanda Rusiya telekanallarının multipleksdən çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib
Simonyan: Ermənistan Rusiya ilə fəal əməkdaşlığa hazırdır
Simonyan: Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













