Ermənistanın Milli Təhlükəsizlik Xidməti müxalif deputatın oğlunu saxlayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti müxalif deputatın oğlunu saxlayıb - YENİLƏNİB


Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə parlamentinin "Ermənistan" fraksiyasından olan deputatı, "Daşnaksütyun" partiyasının üzvü Geqam Manukyanın oğlunu saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onun evində səhər saatlarından axtarışlar aparılırdı.

Güc strukturları həmçinin parlamentarinin özünün telefonunu da müsadirə ediblər.

09-46

Parlamentin müxalif "Ermənistan" fraksiyasından olan, "Daşnaksütyun" partiyasının üzvü Geqam Manukyanın mənzilində axtarışlar aparılır.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd olunub ki, axtarışı Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları aparır.

"Daşnaksütyun" partiyası bu məlumatı təsdiqləyib. Bildirilib ki, səhər saatlarından partiyanın ali orqanının aparatının rəhbəri Vaaqn Matinyanın evində də istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Manukyan iyulun 9-da məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

Oxşar xəbərlər

Ermənistan İstintaq Komitəsi: Sərhədçi minaya düşməyib, güllə yarasından ölüb - YENİLƏNİB
Ölkənin təhlükəsizlik strukturları səmərəsizdir - Paşinyan
Ermənistanın İran və Türkiyə ilə sərhədində erməni sərhədçiləri də keşik çəkəcək
Ermənistan təhlükəsizlik orqanları İqtisadiyyat Nazirliyində axtarışlar aparır
Ermənistan İstintaq Komitəsi arxiyepiskop Qalstanyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle