Türk şirkətləri Pakistanda neft və təbii qaz axtarışları həyata keçirəcək
Əldə edilən razılaşma əsasında Türk şirkətləri Pakistan sahillərində neft və təbii qaz axtarış fəaliyyətləri həyata keçirəcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu Pakistanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan İslamabadda ölkənin Baş nazirinin müavini və Xarici İşlər naziri Məhəmməd İshak Dar ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
H.Fidan qeyd edib ki, Türkiyə-Pakistan arasında ortaq ticarət həcmini 5 milyard dollar səviyyəsinə çıxarmaq üçün işlər aparılır. Həmçinin, mədənçilik, təbii qaz, neft və nadir elementlər sahəsində əməkdaşlıq mexanizmləri qiymətləndirilir.
"Bu çərçivədə Türkiyə Petrolları Anonim Ortaklığı (TPAO) ilə Pakistanın milli neft şirkətləri arasında bu il aprel ayında imzalanmış müqavilə son dərəcə əhəmiyyətli bir addım təşkil etməkdədir. Bu müqavilə sayəsində Türk və Pakistan şirkətləri Pakistan açıqlarında neft və təbii qaz axtarış fəaliyyətlərində iştirak edə biləcək. Bu, bir ilk olacaq. Ortaya qoyduğumuz daha strukturlaşdırılmış işin məhsullarından biri də bu olacaq", - o vurğulayıb.
Oxşar xəbərlər
Macarıstan və Türkiyə neft və qaz yataqlarının kəşfiyyatı üçün birgə müəssisə yaradır
Səməd Bəşirli: "Azərbaycanda 3 300-dən çox aktiv Pakistan şirkəti var"
SOCAR və Pakistan arasında neft-qaz sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə edilib
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir
TDT-nin 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













