Rusiya ilə münasibətlər Ermənistan parlamentində deputatlar arasında mübahisə yaradıb
Ermənistan parlamentində müstəqil deputat Ovik Aqazaryanın çıxışından sonra deputatlar arasında mübahisə baş verib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə erməni KİV-ləri xəbər verir.
O, Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri pisləşdirdiyini və Avropaya can atdığını bildirib.
"Rusiya tərəfini erməni tərəfindən gələn təxribatlara uymamağa çağırıram", - deyə o bildirib.
Onun çıxışından sonra "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Arman Yeqoyan ona qarşı tənqidi fikirlər səsləndirməyə başlayıb.
Parlament sədrinin müavini Akop Arşakyan Aqazaryanın bəyanatlarının xarici dövlətin maraqlarını əks etdirdiyini bildirib və onun iclas zalını tərk etməsini tələb edib.
Oxşar xəbərlər
Ermənistan parlamentində dava düşüb
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib
Paşinyanın keçmiş partiyadaşları ona qarşı birləşirlər
Rusiya XİN: Moskva Bakı ilə İrəvan arasında uzunmüddətli sülh tərəfdarıdır
Ermənistanda daha bir deputat hakim partiyanın fraksiyasından qovulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













