Aİ ölkələri və Kanada bu il Kiyevə 35 milyard avroluq silah tədarük edəcək - YENİLƏNİB
Avropa İttifaqı (Aİ) ölkələri və Kanada bu il Ukraynaya 35 milyard avro dəyərində silah tədarük edəcək.
“Sizinxeber.az”un TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rutte Haaqada keçiriləcək NATO sammiti ərəfəsində mətbuat konfransında bildirib.
"İndi deyə bilərik ki, Avropa və Kanada müttəfiqləri artıq ilin sonuna qədər Ukraynaya 35 milyard avro həcmində hərbi yardım ayırmağı öhdələrinə götürüblər", - o qeyd ediblər.
M.Ruttenin sözlərinə görə, əvvəlcə söhbət 20 milyard avrodan gedirdi, lakin indi müttəfiqlər tədarükü artırmağa qərar veriblər. Alyansın baş katibi əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski və bəzi rəsmilər 24-25 iyun tarixlərində keçiriləcək Niderlanddakı sammitdə iştirak edəcəklər.
NATO ölkələri sammitdə Ukraynaya növbəti 12 ay ərzində €40 milyard məbləğində dəstək vəd edəcəklər.
"Sizinxeber.az"un "TASS"a istinadən məlumatına görə, bu barədə Almaniya hökumətindəki mənbə bildirib.
Oxşar xəbərlər
NATO sammitində Ukraynaya 40 milyard avro dəstək elan ediləcək
Aİ ölkələri bu il Ukraynaya 21 milyard avro hərbi yardım etmək niyyətindədir
Avropa İttifaqı Ukraynaya 134 milyard avro ayırıb
NATO Ukraynaya 20 milyard avrodan çox hərbi dəstək vəd edib
Aİ sammiti Ukraynaya 2025-ci ildə 30,6 milyard avro ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













