Ərdoğan Mertslə İsrail və İran arasındakı münaqişəni müzakirə edib
sizinxeber.az xəbər saytı

Ərdoğan Mertslə İsrail və İran arasındakı münaqişəni müzakirə edib


İranla nüvə mübahisəsinin həlli yolu danışıqlardan keçir, İsrailin hücumları isə nüvə yanacağının sızması ehtimalını artırır.

"Sizinxeber.az"un Türkiyə KİV-nə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Mertslə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, İsrailin İrana hücumu ilə başlayan münaqişə prosesi regional təhlükəsizliyə təhdidi maksimum dərəcədə artırıb.

O, həmçinin qeyd edib ki, İsrailin İrana hücumları miqrasiya baxımından Avropaya ziyan vura bilər.

R.T.Ərdoğan bildirib ki, Türkiyə münaqişənin dayandırılması və sabitliyin bərpası üçün səy göstərir və bu səylər davam etdiriləcək.

Oxşar xəbərlər

Ərdoğan İsrailin İrana hərbi hücumlarını pisləyib
Ərdoğan Səudiyyə şahzadəsinə: İsrail regional və qlobal təhlükəsizliyi təhdid edir
Ərdoğan və Tramp İsrail-İran gərginliyini müzakirə ediblər
Türkiyə və Almaniya liderləri İsrail-İran qarşıdurmasını müzakirə edib
Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle