sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İran XİN: BMT Xondabdakı obyektə hücumlara qiymət verməlidir
İran BMT Təhlükəsizlik Şurasının (TŞ) İsrail Silahlı Qüvvələrinin Xondabdakı ağır su reaktoruna hücumlarına reaksiyasını gözləyir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İran XİN başçısı Abbas Əraqçi sosial şəbəkələrdə yazıb.
"BMT Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyətə onun hüquqi prinsiplərinin bu qədər vacib bir məsələdə tətbiq olunmamasına aydınlıq gətirməlidir. Qlobal yayılmama rejimi bir gün çökərsə əsas məsuliyyət onun üzərinə düşəcək", - A.Əraqçi qeyd edib.
Onun sözlərinə görə, obyekt Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında və Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində texniki spesifikasiyalara uyğun olaraq tikilir.
Oxşar xəbərlər
İran XİN başçısı AEBA rəhbəri ilə məsləhətləşmələri faydalı adlandırıb
İran XİN AEBA-nin baş direktorunu İsrailin hücumunu pisləməyə çağırıb
Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb
Əraqçi: İranda zənginləşdirilmiş uranın hər milliqramı AEBA-nın nəzarəti altındadır
İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə Tehran AEBA ilə əməkdaşlığı azaldacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













