Sabiq müdafiə naziri həbs edildi: 10 il...
Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiya işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Hökmə əsasən, Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib, onun əmlakı — İspaniyadakı torpaq sahəsi və ev, həmçinin Tiflisin Tsxneti rayonundakı ev və qarajı müsadirə olunub”, - nəşrin məlumatında deyilir.
Qeyd edək ki, Burçuladze 22 fevral 2021-ci ildən 8 fevral 2024-cü ilə qədər Gürcüstan Müdafiə Nazirliyinə rəhbərlik edib.
Burçuladze 2025-ci ilin sentyabrında həbs edilib. Prokurorluğun məlumatına görə, nazir 2023-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Müdafiə Nazirliyinin hərbi hospitalı üçün tibbi cihazın alınması prosesində saxta sövdələşmələrin bağlanması nəticəsində dövlətə 1 333 728 lari (təxminən 495 min dollar) məbləğində ziyan vurub.
Oxşar xəbərlər
Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə həbs edilib
Gürcüstanda keçmiş nazir müavini 10 il müddətinə həbs edilib
Pakistanın keçmiş baş naziri 14 il azadlıqdan məhrum edilib
Gürcüstanın sabiq nazir müavini 10 il müddətinə həbs olunub
Ermənistanda sabiq nazir 4,5 il müddətinə azadlıqdan məhrum edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
