Medinski: Ukraynanın güzəştə getməməsi yeni ərazi itkilərinə səbəb ola bilər
Ukraynanın Rusiya ilə danışıqlarda güzəştə getmək istəməməsi Kiyev üçün yalnız növbəti ərazi itkilərinə səbəb olacaq.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu "Wall Street Journal" nəşrinə müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.
Onun sözlərinə görə, Moskva cavab verməyə məcbur olacaq.
Medinski qeyd edib ki, Ukrayna danışıqlara hazır olmadığını bildirir. Onun fikrincə, bu cür taktika hazırkı münaqişə çərçivəsində qonşu ölkələrini vəziyyətini pisləşdirə bilər.
"Biz sülh istəyirik. Ukrayna digər dövlətlərin maraqlarını rəhbər tutmağa davam edərsə, o zaman biz cavab verməyə məcbur olacağıq. Güzəştə hazır olmamaq Ukraynaya bir sıra ərazilər bahasına başa gələcək", Putinin köməkçisi vurğulayıb.
Oxşar xəbərlər
Medinski: Rusiya Ukrayna ilə danışıqlardan razıdır və təmasları davam etdirməyə hazırdır
Putinin köməkçisi Rusiya Yazıçılar İttifaqının sədri seçilib
Rusiya-Ukrayna danışıqlarından öncə Medinski və Umerov arasında 2,5 saat davam edən təkbətək görüş keçirilib
Medinski: Rusiya 7-9 iyunda Ukrayna ilə əsir mübadiləsinə başlamağa hazırdır
Kreml: Kiyev danışıqlara hazır deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













