Moskva hava limanlarının fəaliyyəti bərpa olunub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Moskva hava limanlarının fəaliyyəti bərpa olunub - YENİLƏNİB


Moskva hava limanlarında təyyarələrin gəlişi və yola salınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

APA xəbər verir ki, bunu Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako bildirib.

Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski yenidən təyyarələri qəbul edib göndərir.

Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edildiyi bildirilir.

Kaluqa və Tambov hava limanları isə hələ də təyyarələri qəbul etmir.

***

02:37

Moskvanın bütün hava limanları PUA hücumu təhlükəsi səbəbilə bağlanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskvanın bütün hava limanlarında - Domodedovo, Şeremetyevo, Jukovski və Vnukovoda "Xalça" rejimi tətbiq edilib. Hava limanları təyyarələrin enməsinə və uçmasına icazə vermir.

Moskva vilayətinin Naro-Fominsk, Domodedovo, Ramenskoye, Odintsovo və Jukovskidə partlayış səsləri eşidilir.

Jukovski və Naro-Fominsk sakinləri partlayışlara bənzər ən azı on yüksək səs eşitdiklərini deyirlər.

Hələlik rəsmi məlumat yoxdur.

Oxşar xəbərlər

Moskvanın bütün hava limanları təhlükəsizlik səbəbilə bağlanıb
Moskva hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
Moskvanın hava limanlarında məhdudiyyətlər aradan qaldırılıb - YENİLƏNİB
Kaluqa və Jukovski hava limanları fəaliyyətini dayandırıb
Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər