Azərbaycan ərazisinə keçən iki gənc Ermənistana qaytarılıb
sizinxeber.az xəbər saytı

Azərbaycan ərazisinə keçən iki gənc Ermənistana qaytarılıb


Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts “Azatutyun”a məlumat verib.

Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib.

MTX-dən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib.

Qeyd edək ki, Ermənistan MTX Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdüyü barədə bu gün səhər məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.

Ermənistan MTX ehtimal edirdi ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.

Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

Oxşar xəbərlər

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb
Ermənistan MTX: İki yeniyetmə azaraq Azərbaycan ərazisinə keçib
Simonyan: Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır
Azərbaycan XİN: Ermənistan itkin düşənlərin yerini açıqlamaqdan imtina edir, beynəlxalq ictimaiyyət qəti addımlar atmalıdır
Qriqoryan: Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər