Rusiya Trampın Ukraynadakı münaqişənin “iki uşaq arasında döyüş” olması fikri ilə razılaşmayıb
Rusiya tərəfi ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin “iki uşaq arasında döyüş” olması ilə bağlı sözləri ilə razılaşmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya üçün bu, milli maraqlar və təhlükəsizlik məsələsidir.
"Mən belə düşünmürəm. ABŞ prezidentinin, şübhəsiz ki, öz nöqteyi-nəzəri ola bilər. Bizim üçün bu, ekzistensial məsələdir, bu, milli maraqlarımız məsələsidir, bu, təhlükəsizliyimiz, gələcəyimiz və uşaqlarımızın gələcəyi, ölkəmizin gələcəyi məsələsidir. Məhz buna görə xüsusi hərbi əməliyyat həyata keçirilir. Bu əməliyyat problemlərin siyasi və diplomatik vasitələrlə həlli üçün bütün imkanlar tükənəndən sonra həyata keçirilir", - Kremlin sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Kreml Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dedikləriylə razı deyil
Kreml: Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir
Putinin sözçüsü: Ukraynadakı münaqişə neft qiymətlərindən asılı deyil
Kreml Putin-Tramp görüşünün mümkünlüyünə münasibət bildirib
Kreml: Moskva hələ də Putin və Trampın təmasları ilə bağlı ABŞ-dən siqnal almayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













