Putin: "Xüsusi hərbi əməliyyatın nəticəsi uzunmüddətli sülh olmalıdır" - YENİLƏNİB
Rusiya üçün Ukraynada aparılan xüsusi hərbi əməliyyatın nəticəsi uzunmüddətli sülhün təmin olunması, öz təhlükəsizliyinin qorunması və rusdilli ukraynalıların maraqlarının müdafiəsi olmalıdır.
Sizinxeber.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti Pavel Zarubinlə söhbətində bildirib.
Prezident əmin edib ki, Rusiya xüsusi hərbi əməliyyatı öz maraqları baxımından lazımi nəticə ilə başa çatdırmaq üçün kifayət qədər gücə malikdir. “Bu nəticə – bu böhranı doğuran səbəblərin aradan qaldırılması, uzunmüddətli və dayanıqlı sülh üçün şəraitin yaradılması və Rusiya dövlətinin təhlükəsizliyinin təmin olunmasıdır”, – deyə Putin vurğulayıb.
Dövlət başçısı həmçinin deyib ki, bizim insanlarımızın maraqları qorunmalıdır. O, belə qeyd edib: “Orada – rus dilini doğma dili sayan və Rusiyanı öz vətəni hesab edən insanların da yaşadığı ərazilərdə maraqları qorunmalıdır”.
***
11:32
“Xüsusi hərbi əməliyyatın nəticəsi uzunmüddətli sülh olmalıdır”.
Sizinxeber.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinn bu çıxışı barədə “TASS” agentliyi məlumat yayıb.
Putin onu da əlavə edib ki, əməliyyatlar vasitəsilə Ukraynanın rusdilli sakinlərinin maraqları müdafiə edilməlidir.
Oxşar xəbərlər
Putin: "Xüsusi hərbi əməliyyatın nəticəsi uzunmüddətli sülh olmalıdır"
Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını deyib
Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını deyib - YENİLƏNİB
Kreml: ABŞ-la yox, Ukrayna ilə razılaşma əldə olunmalıdır
Kreml: Putin Trampla təmaslara hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













