Sankt-Peterburq limanında 500 milyon rubl dəyərində kokain partiyası ələ keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
may
2025
12:00

Sankt-Peterburq limanında 500 milyon rubl dəyərində kokain partiyası ələ keçirilib

14 may, 2025
12:00
592

Sankt-Peterburq limanında 500 milyon rubl dəyərində kokain partiyası ələ keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərinin limanında 500 milyon rubl dəyərində kokain partiyası aşkar edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, 50 kq kokainin olduğu yük gəmisi Latın Amerikasından gəlib. Həmişə olduğu kimi bu dəfə də narkotik vasitə banan yeşiklərində gizlədilib.

Qara bazarda belə bir partiyanın dəyərinin 500 milyon rublu keçdiyi vurğulanıb.

Faktla bağlı narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb.


Bizimlə əlaqə saxlayın