sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paşinyan: Daxili və xarici təxribatlara baxmayaraq Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq
"Bütün daxili və xarici təxribatlara baxmayaraq Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olmayacaq, sülh olacaq".
APA xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın 9 May Qələbə Günü münasibətilə müraciətində belə qeyd olunub.
"Bu gün bizim regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var: Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir və biz bu yolla gedəcəyik. Bölgəmiz sülh və firavan yaşamaq haqqını qazanıb və belə də olmalıdır”, - müraciətdə qeyd edilib.
Oxşar xəbərlər
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Nikol Paşinyan və Marko Rubio arasında telefon danışığı baş tutub
Səfir: ABŞ regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir
Azərbaycan və Ermənistan XİN başçıları görüşüb
Devid Merkel: Azərbaycanla Ermənistan arasında sülh prosesinin reallaşdırılması mühüm nəticədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













