Rusiya XİN Simonyanın Moskvanın ünvanına səsləndirdiyi ittihamlara cavab verib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvanın ünvanına səsləndirdiyi ittihamlara cavab verib.
APA-nın Moskva bürosu xəbər verir ki, o qeyd edib ki, Alen Simonyanın qayıtdığı ritorika təəssüf doğurur.
"Bütün bu hücumlar və təhqirlər hətta parlament sədrinin obrazına uyğun gəlmir. Başa düşmürəm ki, Ermənistanın rəhbərləri bayram tədbirlərinə dəvət edilərsə, ən yüksək səviyyədə və Xarici İşlər Nazirliyi vasitəsilə müntəzəm əlaqələr mövcuddursa, o zaman Ermənistana qarşı hansı hibrid müharibədən söhbət gedə bilər?! Mən bunu mətbuat katibi kimi deyirəm", - Rusiya XİN sözçüsü istehza ilə Simonyanın "Rusiya Ermənistana qarşı hibrid müharibə aparır" bəyanatına münasibət bildirərkən deyib .
Qeyd edək ki, uzun müddətdir ki, Simonyanla Zaxarova arasında söz dueli müşahidə olunur. Simonyan Zaxarovanın Paşinyan hakimiyyəti əleyhinə bəyanatlarını şərh edərkən, onu "katibə" adlandırmışdı.
Oxşar xəbərlər
Zaxarova: Simonyanın “hibrid müharibə” ilə bağlı açıqlamaları çaşqınlığa səbəb olan aqressiv ifadələrdir
Zaxarova: Regionda kommunikasiyaların açılması Simonyanın səlahiyyətində olan məsələ deyil
Rəsmi Moskva: İndiki şəraitdə Rusiya hərbçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil
Zaxarova Fransa XİN başçısının Moskvanın İrəvana təzyiq göstərməyə çalışması barədə bəyanatına münasibət bildirib
Zaxarova: Rusiya ilə Çinin bir-birinə qarşı ərazi iddiası yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













