Kreml: Putinin Qələbə Günü atəşkəsi təklifinə Kiyevdən hələ də reaksiya verilməyib
Rusiya Prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümündə atəşkəs təklifinə Kiyevdən hələ də heç bir reaksiya verilməyib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskvanın Kiyevin atəşkəsə qoşulub-qoşmayacağı barədə heç bir fikri yoxdur.
Peskov Kiyevin Rusiyanın atəşkəs təşəbbüsünə birbaşa cavab verməkdən imtina etməsini manipulyasiya adlandırıb.
Kremlin sözçüsü vurğulayıb ki, Vladimir Putin dəfələrlə bildirib ki, Rusiya ilkin şərt olmadan danışıqlara başlamağa hazırdır. Ukraynadan hələ ki cavab yoxdur.
Peskov Kiyevin legitimliyi ilə bağlı çətinliklərin olduğunu, lakin sülh yolu ilə nizamlanmanın maraqlarının hər şeydən üstün olduğunu bildirib: "Bu prosesə başlamaq lazımdır, bu, birinci dərəcəlidir, Zelenskinin legitimliyi ilə bağlı məsələ ikinci dərəcəlidir".
Oxşar xəbərlər
Kreml: Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır
Peskov: Putinin qrafikində Trampla telefon danışığı yoxdur
Kreml: Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













