Lavrov Avrasiya ölkələrinin səfirləri ilə görüşdə Cənubi Qafqazdakı sabitliyin pozulması risklərindən danışıb
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Avrasiya ölkələrinin səfirləri ilə görüşüb.
Sizinxeber.az-nın Moskva müxbiri Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə beynəlxalq məsələlər, o cümlədən Moskvanın Vaşinqtonla təmasları və Ukrayna böhranı müzakirə edilib.
Rusiya XİN başçısı Yaxın Şərqdəki partlayış təhlükəsi olan vəziyyətdən, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitlik üçün risklərdən danışıb.
Lavrov həmçinin NATO ölkələrinin Asiya-Sakit okean regionunda vəziyyəti destabilləşdirməyə yönəlmiş təhlükəli hərəkətlərinə də diqqət çəkib.
Görüş iştirakçıları həmçinin Rusiya prezidenti Vladimir Putinin Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması təşəbbüsü ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev də iştirak edib.
Oxşar xəbərlər
Lavrov MDB-yə üzv ölkələrin səfirləri ilə görüş keçirib
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb, Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə görüşüb
Rusiya və Çin XİN başçıları Moskvada danışıqlar aparıb
Lavrov: Hindistan və Braziliya BMT TŞ-yə daxil ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












