Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Orbeliani sarayını tərk edib - YENİLƏNİB - VİDEO
Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Orbeliani sarayını tərk edib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Zurabişvili mətbuat qarşısında çıxışından sonra iqamətgahın qarşısına toplanmış etirazçıların yanına keçib. O, legitimliyi özü ilə apardığını qeyd edib.
Xatırladaq ki, Salome Zurabişvili daha əvvəl Orbeliani sarayını tərk etməyəcəyini bildirmişdi.
***
11.27
Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayını tərk edəcəyini açıqlayıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, prezidentin iqamətgahının qarşısına toplaşan etirazçılara müraciət edən Zurabişvili sarayı tərk edəcəyini, lakin legitim prezident olaraq qalacağını bəyan edib.
O gürcü xalqına sadiq qalacağını, legitimliyin yalnız xalqdan gəldiyini deyib.
Oxşar xəbərlər
Gürcüstan Prezidenti Zurabişvili Orbeliani sarayını tərk edəcəyini açıqlayıb
Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcəyini açıqlayıb
AP sədri Roberta Metzola Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefonla danışıb
Zurabişvili hökuməti hədələyib, dekabrın 29-dan sonra da legitim prezident kimi qalacağını bəyan edib
Tbilisidə yenidən müxalifətin etiraz aksiyası keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













