KİV: Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur
sizinxeber.az xəbər saytı

KİV: Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur


“Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu iki il ərzində 5-ci dəfə ölkəsinə dəvət etsə də, səfər baş tutmur”.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” yazıb.

Materialda xatırlanır ki, bundan əvvəl Fransa liderinin Ermənistana sentyabrın 21-də bu ölkənin “Müstəqillik Günü” tədbirlərində iştirak etmək üçün gələcəyi açıqlansa da, bu dəfə də səfər reallaşmayıb.

N. Paşinyan dekabrın 21-də onu doğum günü münasibətilə təbrik edib və dəvətini təkrarlayıb.

Qeyd edək ki, Ermənistanın hökumət başçısı Fransa prezidentini 2022 və 2023-cü ilin iyulunda, eləcə də 2024-cü ildə dəfələrlə ölkəsində görmək istədiyini bəyan etsə də, E. Makron İrəvana gəlməyib.

Fransa prezidenti sonuncu dəfə Ermənistanda 2018-ci ildə, Frankofoniya sammitində iştirak etmək üçün olub.

Oxşar xəbərlər

Fransa müdafiə naziri Ermənistana səfər edəcək
Fransa prezidentinin Ermənistana səfər edəcəyi gözlənilir
KİV: Paşinyan mayda Moskvaya səfər edəcək
Fransa Ermənistana "müdafiə məqsədilə" hərbi texnikalar verəcək
Paşinyan Parisdə Emmanuel Makron və Donald Trampla söhbətləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle