Putin "Oreşnik"in Belarus ərazisində yerləşdirilməsini mümkün sayıb
Belarus Prezidenti Aleksandr Lukaşenko “Oreşnik” kompleksinin ölkə ərazisində yerləşdirilməsini Rusiya lideri Vladimir Putindən xahiş edib.
APA xəbər verir ki, Vladimir Putin “Oreşnik”in Belarus ərazisində yerləşdirilməsini mümkün sayıb.
Putin bildirib ki, “Oreşnik”in 2025-ci ildə Belarus ərazisində yerləşdirilməsi mümkündür.
Rusiya lideri “Oreşnik”in hər iki ölkənin silahlanmasına paralel şəkildə daxil olacağını vurğulayıb.
Putin qeyd edib ki, Belarus ərazisində yerləşdiriləcək "Oreşnik" tərəfindən şərti düşmənin vurulacaq obyektlərini bilavasitə bu ölkənin hərbi-siyasi rəhbərliyi müəyyənləşdirəcək.
Qeyd edək ki, "Oreşnik" yüksək dəqiqlikli silah olmaqla, bütün Avropada hədəfləri vurmağa qadir mobil yer kompleksidir. “Oreşnik” raketləri hədəflərə 10 Max sürətilə hücum edir. Bu saniyədə 2,5-3 km deməkdir. Hazırda dünyada "Oreşnik"in qarşısını almaq üçün heç bir vasitənin, hava hücumundan müdafiə sisiteminin olmadığı bildirilir.
Oxşar xəbərlər
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib - YENİLƏNİB
Putin gün ərzində Kiyevdə qərar qəbuletmə mərkəzlərinə zərbələrin endirilməsini istisna etməyib
Rusiyanın Ukraynanın “Yujmaş” zavoduna ballistik raketlə hücumunun görüntüləri yayılıb - VİDEO
Putin Rusiyanın hadisələrin istənilən inkişafına hazır olduğuna şübhə edənlərə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
