Rusiya XİN: İsrail və İran arasında gərginlik regionda sabitlik və təhlükəsizliyə real təhdidlər yaradır
sizinxeber.az xəbər saytı

Rusiya XİN: İsrail və İran arasında gərginlik regionda sabitlik və təhlükəsizliyə real təhdidlər yaradır


İsrail və İran arasında eskalasiya regionda sabitlik və təhlükəsizliyə real təhdidlər yaradır.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İsrailin İrana hava zərbələri ilə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya bütün tərəfləri təmkin göstərməyə və zorakılığı dayandırmağa çağırır.

Rəsmi Moskva qarşıdurmanın səviyyəsini azaltmaq üçün hər kəslə işləməyə hazır olduğunu bəyan edib.

Rusiya XİN-dən o da bildirilib ki, İranda yaşayan rusiyalılar da daxil olmaqla mülki əhali arasında ölən və yaralananlar barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər

Rəsmi Moskva "Hizbullah" liderinin qətlini pisləyib
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Rəsmi Moskva İsrailin Dəməşqə hücumunu pisləyib
Rusiya XİN vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər