Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
sizinxeber.az xəbər saytı

Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq


2006-cı ildə Ermənistanın o vaxtkı müdafiə naziri Serj Sarkisyanla bağlı torpaq alqı-satqısı sövdələşməsi üzrə təxminən 205 min ABŞ dolları dəyərində vəsait dövlətin xeyrinə müsadirə olunacaq.

Bu barədə Ermənistan mediası Baş Prokurorluğa istinadən məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı Antikorrupsiya Məhkəməsi fevralın 27-də Dövlət maraqlarının müdafiəsi departamentinin növbəti vəsatətini təmin edib.

Məhkəmə 2006-cı ilin mart ayının 3-də Serj Sarkisyanla bir qapalı səhmdar cəmiyyəti arasında imzalanmış və İrəvanda yerləşən 0,17 hektarlıq torpaq sahəsinin alqı-satqı müqaviləsini etibarsız hesab edib.

Qərara əsasən, həmin torpaq sahəsinin qaytarılması mümkün olmadığı üçün onun dəyəri — 78,86 milyon dram (təxminən 205 min dollar) — şirkətdən dövlətin xeyrinə tutulacaq.

Oxşar xəbərlər

Serj Sarkisyan haqqında bəraət hökmü ləğv edilib
Serj Sarkisyana qarşı cinayət işi Çin səfirliyinə torpaq satışı ilə bağlıdır
Ermənistan Baş Prokurorluğu Koçaryan və ailəsinin əmlakının müsadirəsini tələb edir
Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər