Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib
sizinxeber.az xəbər saytı

Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib


Rusiyada Federal Vergi Xidməti bloger Hüseyn Həsənovun təsis etdiyi şirkəti ləğv edib.

APA xəbər verir ki, bu barədə “Zvezdaç” Teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Həsənov şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC-ni təsis edib.

Lakin şirkətin hüquqi ünvanı və vəzifəli şəxslər barədə təqdim edilən məlumatların saxta olduğu üzə çıxıb.

Bununla bağlı vergi xidməti şirkəti ləğv etmək qərarı verib, onun hesabları artıq bloklanıb.

Bundan əlavə, Həsənovun kursları ilə bağlı məhkəməyə 2 milyon 675 min rubl məbləğində iki iddia daxil olub.

Qeyd olunur ki, bloger məhkəmə işlərindən bir qədər əvvəl şirkətin təsisçiləri siyahısından çıxıb.

Oxşar xəbərlər

Rusiya azərbaycanlı bloger Hüseyn Həsənovu axtarışa verib - FOTO
Rusiyada azərbaycanlı blogerə qarşı 20 milyon rubl vergidən yayınma ittihamı irəli sürülüb
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib
Hüseyn Həsənovun 111 milyon borcu var
Rusiya İstintaq Komitəsi bloger Subo barəsində cinayət işi açıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər