sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Lukaşenko növbəti müddətə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmır
Belarus Prezidenti Aleksandr Lukaşenko ümid edir ki, onun varisi ölkənin təkamül yolu ilə inkişafını davam etdirəcək.
APA “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısı Amerikanın “Time” jurnalına müsahibəsində bildirib.
Jurnalist qeyd edib ki, dövlət başçısının kiçik oğlu Nikolayı Qərb mediasında tez-tez Aleksandr Lukaşenkonun varisi kimi təqdim edirlər.
“Xeyr, o, varis deyil. Nə soruşmaq istədiyinizi bildim. Yox, yox, yox”, - Aleksandr Lukaşenko cavab verib.
Belarus dövlət başçısı növbəti müddətə yenidən prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb-planlaşdırmadığı məsələsinə də münasibət bildirib: “Xeyr, mən indi planlaşdırmıram”.
Oxşar xəbərlər
Lukaşenko yeni Baş nazir təyin edib
Lukaşenko: Belarus ətrafında gərgin vəziyyət hökm sürür
Lukaşenko: Rusiya Belarus vasitəsilə Avropa İttifaqı ölkələrinə hücum etmək fikrində deyil
Lukaşenko özünə ömürlük toxunulmazlıq verdi
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













