Ermənistanın sabiq müdafiə naziri Ohanyanın deputat toxunulmazlığı ləğv edilib
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib.
APA xəbər verir ki, bu gün Ermənistan parlamentində keçirilən səsvermədə qərarın lehinə 59 deputat səs verib, əleyhinə çıxan olmayıb.
Ohanyandan başqa, müxalif "Hayastan" fraksiyanın katibi Artsvik Minasyanın da deputat toxunulmazlığı ləğv edilib.
Qeyd edək ki, ötən həftə Ermənistanın Baş prokuroru sabiq müdafiə naziri, müxalif "Hayastan" fraksiyanın rəhbəri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə vəsatət təqdim edib.
Xatırladaq ki, "Hayastan" fraksiyasının rəhbərinə qarşı qaldırılmış cinayət işi 2010-2015-ci illərdə Geqarkunik vilayətinin Draxtik icmasında 10,5 min kvadratmetr ərazinin qanunsuz mənimsənilməsinə aiddir. Ohanyan bu ərazini müdafiə naziri kimi mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur.
Oxşar xəbərlər
Seyran Ohanyan deputat toxunulmazlığından məhrum edilir
Ermənistanın sabiq müdafiə nazirinə qarşı cinayət işi açılacaq
Seyran Ohanyanın oğlunun cinayət işi məhkəməyə göndərilib
Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv edib
Ermənistanın sabiq deputatı qanunsuz əmlak işi üzrə Baş Prokurorluğa çağırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













