Putin ABŞ-a Almaniyada raketlərin yerləşdirilməsi ilə bağlı cavab addımları olacağı barədə xəbərdarlıq edib
Rusiya prezidenti Vladimir Putin Vaşinqtona xəbərdarlıq edib ki, Almaniyada Amerikanın uzaqmənzilli raketlərinin peyda olacağı təqdirdə Rusiya Federasiyası orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə birtərəfli moratoriumun tətbiqini dayandıracaq.
APA xəbər verir ki, bu barədə dövlət başçısı Sankt-Peterburqda Baş Dəniz Paradını qəbul edərkən bildirib.
“Amerika administrasiyası və Almaniya hökumətinin 2026-cı ildən Almaniya Federativ Respublikası ərazisində Amerikanın uzaqmənzilli yüksək dəqiqlikli raket sistemlərinin yerləşdirilməsi planlarına dair bəyanatı diqqəti cəlb edir” – Putin deyib.
Prezident belə silahların Rusiyanın mühüm dövlət və hərbi nəzarət obyektlərinə, inzibati və sənaye mərkəzləri və müdafiə infrastrukturuna çata biləcəyini vurğulayıb.
"Və gələcəkdə nüvə başlıqları ilə təchiz oluna biləcək bu cür raketlərin ərazimizdəki hədəflərə uçuş müddəti təxminən 10 dəqiqə olacaq", - Rusiya dövlət başçısı qeyd edib.
“Əgər Amerika Birləşmiş Ştatları belə planları həyata keçirsə, biz özümüzü orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə, o cümlədən Hərbi Dəniz Qüvvələrimizin sahil qüvvələrinin imkanlarının artırılmasına dair əvvəllər qəbul edilmiş birtərəfli moratoriumdan azad hesab edəcəyik”, - Putin bildirib.
Oxşar xəbərlər
Blinken: "Putin amansız işğalçı müharibəsini davam etdirir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: “Crocus”da terror aktı radikal islamçıların əli ilə törədilib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanında nüvə beşliyi ölkələrinin işçi görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Türkiyəyə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin ilk dəfə Çukotkaya səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












