Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat nazirinin intiharını araşdırır
sizinxeber.az xəbər saytı

Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat nazirinin intiharını araşdırır


Rusiya İstintaq Komitəsi bu gün istefaya göndərilən nəqliyyat naziri Roman Starovoytun ölümü ilə bağlı məlumat yayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, məlumatda bildirilib ki, İstintaq Komitəsi Roman Starovoytun ölüm şəraitini müəyyənləşdirir.

Bu gün Moskva vilayətinin Odintsovo rayonunda Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Vladimiroviç Starovoytun şəxsi avtomobilində güllə yarası almış meyiti tapılıb.

Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları hadisə yerində işləyir, hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər.

Əsas versiyanın intihar olduğu bildirilib.

Oxşar xəbərlər

Moskvada hotellərdən birində kütləvi zəhərlənmə baş verib
Rusiya İstintaq Komitəsi Lermontovun ölümü üzrə təhqiqat başlanması xəbərini təkzib edib - YENİLƏNİB
Moskva vilayətində maşın partlayıb, general-leytenant ölüb
Rusiya İstintaq Komitəsi Sverdlovskda başlanmış cinayət işinin istintaqını nəzarətə götürəcək
Keçmiş vəkil Elman Paşayevlə bağlı istintaq başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər