Kreml ABŞ və Rusiya arasında məsləhətləşmələrin təxirə salınmasını dramatikləşdirmir
sizinxeber.az xəbər saytı

Kreml ABŞ və Rusiya arasında məsləhətləşmələrin təxirə salınmasını dramatikləşdirmir


Kreml ikitərəfli münasibətlərdəki qıcıqlandırıcı məsələləri aradan qaldırmaq üçün Rusiya və ABŞ arasında məsləhətləşmələrin təxirə salınmasını dramatikləşdirmir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, məsləhətləşmələri təxirə salmaq üçün aydın izahatlar olmayıb, lakin bir çox səbəblər var: "Biz bunda qəribə və ya qorxulu heç nə görmürük".

Kreml rəsmisi ümid edir ki, yaxın gələcəkdə Rusiya və ABŞ bu görüşün yeni tarixlərini razılaşdıracaqlar, çünki danışıqlar zəruridir.

Peskov "Böyük yeddilər" formatında da danışıb. Qeyd edib ki, bu format Rusiyanı çoxdan maraqlandırmır və dünya səhnəsində təsirini itirir.

“G7 bizim üçün çoxdan maraqlı və populyar format olmaqdan çıxıb. Qlobal iqtisadiyyatda alternativ birliklərin, o cümlədən BRİCS və G20-nin rolu artır və G7 formatı artıq həyat qabiliyyətli deyil. Çünki qlobal tendensiyalar göstərir ki, G7 ölkələrinin qlobal iqtisadiyyatda payı qaçılmaz şəkildə azalacaq. Bu, bir növ mövsümi volatillik deyil, daha çox formalaşmış və müşahidə etdiyimiz tendensiyadır", - Kremlin sözçüsü vurğulayıb .

Oxşar xəbərlər

Peskov: Kreml Tramp və Mask arasında mübahisəyə qarışmaq fikrində deyil
Kreml: Rusiya Ukrayna ilə İstanbul danışıqlarına hazırlaşır
Kreml: Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün sabah İstanbulda olacaq
Kreml: Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir
Kreml Suriyadakı Rusiya hərbçilərinin sayını açıqlamayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle