Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub
Ukrayna ilə Rusiya arasında bu gün növbəti əsir mübadiləsi olub.
APA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bir qrup hərbi əsirin Ukraynaya qaytarıldığını, bunun qarşılığında Ukraynadan rusiyalı hərbi əsirlərin alındığı barədə açıqlama yayıb.
Məlumatda bildirilir ki, əsir mübadiləsi iyunun 2-də İstanbulda əldə olunmuş razılaşma əsasında baş tutub.
Ukrayna Prezidenti Volodimir Zelenski də əsir mübadiləsi haqqında açıqlama verib. Zelenski bunun həftə ərzində dördüncü əsir mübadiləsi olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu gün qaytarılanlar arasında 2022-ci ildən əsirlikdən olanlar da var.
O, Rusiya əsirliyində olanların hamısının qaytarılması üçün lazım olan addımların atılacağını da qeyd edib.
Oxşar xəbərlər
Rusiya ilə Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi baş tutub
Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi baş tutacaq
Rusiya ilə Ukrayna arasında "1000-in 1000-ə" formulu əsasında əsir mübadiləsi başa çatıb
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













