Moskvada “Land Cruiser”i partlamaqda şübhəli bilinən şəxs haqqında yeni detallar
İyulun 24-də səhər saatlarında Moskvanın şimalında rusiyalı hərbçiyə məxsus “Land Cruiser”in partladılması ilə bağlı yeni detallar məlum olub. İlk şübhəli rus Yevgeni Serebryakov olub. Tanışları onun haqqında pişiklərlə yaşayan qaraqabaq bir insan olduğunu deyiblər.
Sizinxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, Serebryakovun 1995-ci ildə Uryupinskdə anadan olub. O, yerli liseylərdən birini bitirib. Serebryakov tarix olimpiadasının qalibi oldu. Həmçinin sosial elmlər və iqtisadiyyat üzrə olimpiadalarda mükafatlar alıb.
Yevgeni Serebryakov 2011-ci ilin sentyabrında akademik uğurlarına görə Volqoqrad vilayətinin qubernatorunun təqaüdünə layiq görülüb. Şəxsin qardaşı RİA Novosti-yə bildirib ki, o, daha sonra Moskvada Ali İqtisadiyyat Məktəbində təhsil alıb.
Serebryakovun qonşusu bildirib ki, onu 7 ildir tanıyır - o, pişiklərlə yaşayıb və qonşularına problem yaratmayıb.
“O, çox sakit idi, heç bir problemi yox idi.”, - qonşusu qeyd edib.
Qonşulardan biri agentliyə bildirib ki, Serebryakov onlarla ünsiyyət qurmayıb, hətta salamlaşmayıb. Sonuncu dəfə onu bir ay əvvəl görüb.
Serebryakovun mənzili partlayış yerindən 25 kilometr aralıda yerləşir. Qonşular kanala bildiriblər ki, bu yaxınlarda oğlanın anası onu görməyə gəlib.
“VK” sosial şəbəkəsində adını Ukrayna dilində yazıb. Həmçinin onun səhifəsində yaşadığı şəhər - Moskva göstərilib və onun bankda işlədiyi qeyd olunub.
Oxşar xəbərlər
Moskvada Toyota Land Cruiser-i partlatmaqda şübhəli bilinən şəxs Türkiyəyə qaçıb
Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb - YENİLƏNİB
Moskvada yüksək rütbəli zabitin avtomobili partladılıb, zabitin ayağı qopub, bir qadın yaralanıb - YENİLƏNİB-1
Moskvada yüksək rütbəli zabitin avtomobili partladılıb, zabitin ayağı qopub, arvadı yaralanıb - YENİLƏNİB-1 - PARTLAYIŞ ANI
Moskvada avtomobili partladılan şəxsin yüksək vəzifəli zabit olmadığı üzə çıxıb - YENİLƏNİB-2 - PARTLAYIŞ ANI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













