İran ABŞ-dən prezident seçkilərinə müdaxiləsinə dair sübut tələb edib
sizinxeber.az xəbər saytı

İran ABŞ-dən prezident seçkilərinə müdaxiləsinə dair sübut tələb edib




ABŞ prezident seçkilərinə İranın müdaxiləsi ilə bağlı ittihamlarını əsaslı hesab edirsə, sübutlar təqdim etməlidir.

Bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi bəyanat yayıb. 

"Bu cür ittihamlar heç bir sübuta söykənmir və əsası yoxdur. Əgər ABŞ hökuməti öz iddialarının əsaslı olduğuna səmimi şəkildə inanırsa, bizə müvafiq sübutları təqdim etməlidir. Bu sübutlar varsa, biz onlara uyğun cavab verə bilək", - deyə mətndə qeyd olunur.

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB), Milli Kəşfiyyat Direktorunun Aparatı və ABŞ-nin İnfrastruktur və Kibertəhlükəsizlik Agentliyi birgə bəyanat yayaraq, İranın Birləşmiş Ştatlardakı keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışdığını, respublikaçı Donald Tramp və demokratların nümayəndəsi vitse-prezident Kamala Harrisin seçki qərargahlarına qarşı kiber əməliyyatlar həyata keçirdiyini iddia edib.

BAKU.WS

Oxşar xəbərlər

İran ABŞ-dən Tehranın prezident seçkilərinə müdaxiləsinə dair sübut tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran ABŞ-dən Tehranın prezident seçkilərinə müdaxiləsinə dair sübut tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp İranla dost olmaq niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
FTB İranın Trampın seçki qərargahına kiberhücumunu araşdırdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ kəşfiyyatında İranın Trampa sui-qəsd cəhdində iştirakı barədə məlumatı yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər