Aktyor öz restoranında kürəyindən güllələnib - Vəziyyəti ağırdır
sizinxeber.az xəbər saytı

Aktyor öz restoranında kürəyindən güllələnib - Vəziyyəti ağırdır




Türkiyənin Adana şəhərində daha əvvəl internet və rəqəmsal platformada yayımlanan "Sıfır Bir" serialında rol alan aktyor və menecer Tümer Adakaner restoranında silahlı hücum nəticəsində ağır yaralanıb.

Sizinxeber.az haberler.com-a istinadən xəbər verir ki, kürəyindən güllə yarası alan və ağır yaralanan Adakaner müalicə üçün xəstəxanaya aparılıb.

Hadisə ötən gün Türkiyə vaxtı ilə saat 15:00 radələrində Seyhan rayonunun Döşeme məhəlləsindəki restoranda baş verib. Tümer Adakaner iş yerində çay içərkən yanına papaqlı bir kişi gəlib. Əvvəlcə ünvanı soruşan şübhəli daha sonra belindən götürdüyü silahla Adakaneri kürəyindən vuraraq qaçıb.

Hadisə yerinə gələn polis şübhəlinin şəxsiyyətinin müəyyən edilərək tutulması üçün işə başlayıb.

Sizinxeber.az

Oxşar xəbərlər

Bakı sakininə qayçı ilə ağır xəsarət yetirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zərdabda DƏHŞƏTLİ QƏZA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qocalar evində 5 nəfər güllələndi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə qəribə hadisə - Qadın bazara girərək bütün məhsulları küçələrə səpdi - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünənki avtobus qəzasında yaralanan 14 nəfərin vəziyyəti açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər