Polşa ABŞ-dən 96 ədəd "Apache" döyüş helikopteri alacaq
Polşa və ABŞ arasında 96 ədəd "Apache" döyüş helikopterinin tədarükünü nəzərdə tutan müqavilə imzalanıb. Müqavilənin dəyəri 10 milyard dollar təşkil edir və Varşava bu helikopterləri 2028-ci ildə alacaq.
Bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
ABŞ ilə bağlanan müqavilə həmçinin texniki dəstək və təlim xidmətlərinin göstərilməsini, eləcə də sursat və ehtiyat hissələrinin tədarükünü də əhatə edir.
Bununla da Polşa ABŞ-dən sonra "AH-64E" modifikasiyasında ən müasir "Apache" helikopterlərinin ikinci operatoru olacaq. 2024-cü ilin sonuna qədər ABŞ Polşa silahlı qüvvələrinə uçuş heyətlərinin təlimi üçün daha əvvəlki versiya olan "AH-64D" helikopterlərindən səkkizini təqdim edəcək.
Müqavilə haqqında razılıq 12 martda Polşa Prezidenti Anjey Duda və Baş nazir Donald Tuskun ABŞ-yə səfəri zamanı əldə edilib. Polşa Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin sədr müavini Robert Fromhots isə bildirib ki, Varşava bu helikopterlərin ilk partiyasını ilin sonuna qədər alacaq.
Oxşar xəbərlər
Polşa və ABŞ “Apache” zərbə helikopterinin tədarükü üzrə müqavilə imzalayıb
Polşa ABŞ-dən 850 milyon dollara raket alacaq
ABŞ “Apache” helikopterlərini ilin sonuna qədər Polşaya çatdıracaq
Polşa və ABŞ “Patriot” üçün 48 buraxılış qurğusunun istehsalına dair müqavilə imzalayıb
Polşa 150 ədəd zirehli avtomobil alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













