Tom Kruz Olimpiyadanın bağlanış mərasimində təhlükəli tryuk icra edib - FOTO
sizinxeber.az xəbər saytı

Tom Kruz Olimpiyadanın bağlanış mərasimində təhlükəli tryuk icra edib - FOTO




Hollivud ulduzu Tom Kruz Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış edib. 

Sizinxeber.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış aktyor "Stad de Frans" stadionunun üst hissəsindən iplə enərək olimpiya bayrağını götürüb.

Daha sonra aktyor İtan Hant obrazında stadionu motosikletlə tərk edib və bayrağı velosipedçi Kate Kortniyə təhvil verib. Sonra bayraq digər idmançılar tərəfindən aparılıb.

Təşkilatçıların fikrinə görə, Kruzun çıxışı 2024-cü il oyunlarını 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiada ilə üzvi şəkildə əlaqələndirməli idi. Buna qədər o, 2028-ci il yarışları üçün tanıtım videosunun çəkilişlərində iştirak edib. Süjetə görə, o, olimpiya bayrağını Fransadan ABŞ-a aparır.

Sizinxeber.az
QALEREYA

Oxşar xəbərlər

Neytral idmançılar üçün nəzərdə tutulan bayraq olimpiadanın bağlanışında olmayacaq
Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşiblər
XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb - FOTO
Parisdə yerləşən Olimpiya şəhərciyində kondisioner quraşdırılacaq
Hollivud ulduzunun halı pisləşdi, evinin hovuzunda tapıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər