UNEC rektorunun müşaviri Banqladeşin yeni hökumət başçısı kimi and içib
Nobel Sülh Mükafatı laureatı, Banqladeşin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunusun and içmə mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə "Jamuna TV" telekanalı məlumat yayıb.
Banqladeş Prezidenti Şahabuddin Çuppu da müvəqqəti hökumətin 14 müşavirini and içməyə təşviq edib. Yaxın vaxtlarda Yunusun formalaşdıracağı gələcək hökumət üzvlərinin də iştirakı ilə oxşar mərasimin keçirilməsi gözlənilir.
Qeyd edək ki, avqustun 5-də Banqladeşin baş naziri Şeyx Hasina kütləvi etirazlara görə istefa verib və ölkəni tərk edib.
O, Hindistana gedib və oradan Böyük Britaniyadan siyasi sığınacaq istəyib. Banqladeşdə küçə iğtişaşlarında 400-dən çox insan həlak olub.
Xatırladaq ki, Məhəmməd Yunus 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri professoru adına layiq görülüb, 2024-cü ilin aprelində isə UNEC rektoru Ədalət Muradovun müşaviri təyin edilib.
Oxşar xəbərlər
Məhəmməd Yunus Banqladeşin yeni hökumət başçısı kimi and içib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nobel mükafatı laureatı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşin istefa verən Baş naziri Böyük Britaniyadan sığınacaq istəyib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












