Məşhur reper cekpotu vurub və həbs olunub
ABŞ-də reper Nelli kazinoda cekpot qazandıqdan sonra həbs edilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Nellinin vəkili Skott Rosenblumun sözlərinə görə, repçi cekpotu vurub, bundan sonra zalda olan polis zabiti onun sənədlərini yoxlayıb.
Vəkil onu da qeyd edib ki, Neli eyni kazinoda daha böyük cekpotlar qazanmışdı və həmişə öz uduşlarını yoxlama və digər problemlər olmadan alırdı. Keçirilən yoxlama nəticəsində məlum olub ki, polisin avtomobil sığortası olmadığı üçün Nellinin tutulması üçün aktiv əmri var. Polis Nellinin qollarını qandallayıb.
Vəkil iddia edir ki, order 2018-ci ildə qeydə alınan pozuntuya görə 2023-cü ilin dekabrında verilib və Nelli bu barədə xəbərdar edilməyib. Vəkilin sözlərinə görə, Nelli məşhur olmasaydı, polis onu sadəcə olaraq evə buraxardı. Reperə qarşı rəsmi ittiham irəli sürülməyib.
Oxşar xəbərlər
Məşhur amerikalı reper vəfat edib - FOTO
Bakının məşhur restoranında dava düşdü: Saxlanılanlar var
Cari ildə ABŞ-də polis 739 nəfəri öldürüb
Çeçen milyarderin oğlu polis tərəfindən saxlanılıb
Marixuana çəkib, avtomobil sürdü - Saxlanıldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











