Otel çökdü: 1 ölü, 8 yaralı - VİDEO
Almaniyanın Kröv şəhərində otellərdən biri naməlum səbəbdən qismən çöküb.
Sizinxeber.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb və çoxlu sayda insan dağıntılar altında qalıb.
Oteldə qəza zamanı 14 nəfərin olduğu, onlardan 5 nəfərin xəsarət almadan xilas olduğu bildirilir.
Dağıntılar səbəbi ilə 31 ailə təhlükəsizlik baxımından evlərini tərk etməli olub. Xilasetmə işləri davam etsə də, çökmənin səbəbi hələlik məlum deyil.
Dağıntılar altında qalan bəzi insanlarla əlaqə saxlanılıb və onların ciddi xəsarət aldığı qeyd olunub. Hadisə Mosel çayının sahilində yerləşən oteldə baş verib. Xilasetmə qrupları binanın daha da çökməsi təhlükəsi səbəbindən əvvəlcə sıxışanlara çata bilməyib. Bu faciəvi hadisə bölgədə böyük şok yaradıb və xilasetmə işləri hələ də davam edir.
Qeyd edək ki, polis ölənin şəxsiyyətinin müəyyən edildiyini, lakin cəsədinin hələ də çıxarılmadığını bildirib.
Oxşar xəbərlər
Ukraynanın Belqoroda hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB-2
Belqorodda evin dağıntıları altında böyük bir ailə ola bilər
Rusiyada binada partlayış olub, 9 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur - VİDEO - YENİLƏNİB
Rusiyanın Çelyabinsk vilayətində ağır yol qəzası olub, 5 nəfər ölüb
Krasnodarda ticarət mərkəzində partlayış, dağıntılar altında insanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












