ABŞ-dəki yeni qanunla valideynlər büdcəsinə 200 dollar qənaət edəcək
sizinxeber.az xəbər saytı

ABŞ-dəki yeni qanunla valideynlər büdcəsinə 200 dollar qənaət edəcək




ABŞ-də ailə üzvlərinin birlikdə oturması üçün əlavə ödənişlər qadağan edilir. Bundan sonra aviaşirkətlərin valideynlərə uşaqları ilə birlikdə oturacaq üçün əlavə ödəniş etməsi mümkün olmayacaq.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, ABŞ Nəqliyyat Departamentinin təklifi ilə Amerika da daxil olmaqla, xarici hava yolları şirkətlərinə 13 yaş və 13 yaşdan kiçik uşaqları valideynlərinin yanında pulsuz oturtmağı tələb edən yeni tənzimləmə tətbiq edilir.

"Valideynlik vergisi" kimi tanınan tətbiqə görə, bəzi hava yolları şirkətləri uşaqları ilə birlikdə oturacaq istəyən ailələrdən əlavə ödəniş tələb edirdi.

ABŞ Nəqliyyat naziri Pete Buttigieg yeni təklif barədə "Uşaqlarla uçmaq kifayət qədər mürəkkəbdir və bu barədə başqa narahatlıq hyaratmağa ehtiyac yoxdur" sözlərini söyləyib. 

Bayden administrasiyası, bu tənzimləmənin dörd nəfərlik bir ailədə təyyarənin gediş və dönüşü üçün təxminən 200 dollar (185 avro) qənaət edə biləcəyini bildirib.

Nazir "Alaska", "American", "Frontier" və "JetBlue" olmaqla dörd hava yolunun artıq 13 yaş və ya daha kiçik uşaqların yanında onları müşayiət edənlərin pulsuz otura biləcəyinə zəmanət verdiyini açıqlayıb. 

BAKU.WS

Oxşar xəbərlər

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - SİYAHI
Elnarə Cavadova: "Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür"
Metroda gediş haqqını bu cür də ödəyə biləcəksiniz - Yenilik
Hansı qohumlar evlənə bilməz? Bu qanun işləyəcəkmi?
ABŞ Türkiyəyə vermədiyi “F-35”lərin saxlanmasına görə ödəniş istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər