Venesueladakı iğtişaşların yatırılmasında "Vaqner"çilər də iştirak edir - VİDEO
sizinxeber.az xəbər saytı

Venesueladakı iğtişaşların yatırılmasında "Vaqner"çilər də iştirak edir - VİDEO




Venesuelada Nikolas Maduronun prezident seçilməsindən sonra ölkədə kütləvi iğtişaşlar baş verib.

Maduronun qələbəsini qaəbul etməyən narazı kütlə iğtişaşlar törədir və polis əməkdaşlarına müqavimət göstərirlər.

Maraqlıdır ki, "Vaqner Qrupu" hərbi nümayəndələrindən biri paytaxt Karakasda kütləvi iğtişaşların qarşısını almaq üçün istifadə olunan Venesuela Milli Qvardiyasının sıralarında görünüb. Bu onu göstərib ki, ölkədə baş verən iğtişaşların yatırılmasında "Vaqner"çilər də aktiv iştirak edir.

Buna qədər Venesuela hökumət rəsmiləri ölkədə baş verən qarşıdurmaların ABŞ tərəfindən təşkil olunduğunu açıqlayıb.

Qeyd edək ki, "Vaqner Qrupu" - Rusiyaya məxsus qeyri-rəsmi hərbi təşkilatdır və özəl hərbi şirkət kimi fəaliyyət göstərir. Qrupun rəsmi adı və strukturu tam olaraq bilinməsə də, onu Rusiya Silahlı Qüvvələri ilə əlaqəli olduğunu düşünülən və müxtəlif hərbi əməliyyatlarda iştirak edən muzdlu döyüşçülərdən ibarət olan bir təşkilat kimi tanıyırlar.

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Malidə “Vaqner”in döyüşçüləri pusquya salınıb, 20-dən çoxu öldürülüb, yaralıları əsir götürüblər
Malidə “Vaqner”in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb
Venesuela ABŞ-nin dəstəyi ilə ölkədə dövlət çevrilişi hazırlandığını açıqlayıb
Maduronun seçki qərargahı onun prezident seçkilərində qalib gəldiyini elan edib
Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər