ABŞ ordusu Trampa İranın nüvə proqramının hərbi yolla həllini nəzərdə tutan variantlar verir
ABŞ ordusu İranın nüvə proqramı ilə bağlı məsələni həll etmək üçün ABŞ Prezidenti Donald Trampa bir sıra hərbi variantlar təqdim edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla bildirib.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmədə ondan CENTCOM-un ABŞ liderinin göstərişi ilə İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün böyük güclə zərbə endirməyə hazır olub-olmadığı soruşulub.
O, müdafiə naziri Pit Heqsetə və Trampa müxtəlif variantlar verdiyini bildirib.
Bundan əvvəl "Axios" portalı mənbələrə istinadən iddia etmişdi ki, İsrailin baş naziri Binyamin Netanyahu İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün hərbi variantı həyata keçirməkdə daha çox maraqlıdır. Portalın məlumatına görə, Netanyahu Trampı əmin edib ki, Tehran və Vaşinqton danışıqlar apararkən yəhudi dövləti İrana qarşı heç bir hərbi addım atmayacaq. ABŞ lideri Tehranın nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edəcəyinə ümid edərək İrana hücum etmək istəmədiyini bildirib.
Oxşar xəbərlər
CNN: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İranla razılaşma onu uranı zənginləşdirmək imkanından məhrum etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ İranın nüvə danışıqları təklifini nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












