ABŞ Arktikadakı müttəfiqləri ilə qüvvələrin inteqrasiyasına nail olmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

ABŞ Arktikadakı müttəfiqləri ilə qüvvələrin inteqrasiyasına nail olmaq niyyətindədir


ABŞ strateji təhlükəsizlik məqsədləri üçün Arktikadakı qüvvələrin tərəfdaşları və müttəfiqləri ilə inteqrasiyaya nail olmaq niyyətindədir.

“Sizinxeber.az”un məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

“ABŞ-ın gələcəkdə orada hansı imkanlara ehtiyac duyacağını müəyyən etmək üçün Arktikada strateji təhlükəsizlik bu gün diqqətlə nəzərdən keçirilməlidir. İstər Arktika, Hind və Sakit Okean regionlarında, istərsə də Afrikada inkişaf edən təhlükəsizlik çağırışlarına cavab vermək qüvvələrin inteqrasiyasından, həmçinin müttəfiqlər və tərəfdaşlarla sıx əməkdaşlıqdan asılıdır”, - deyə o vurğulayıb.

ABŞ Müdafiə Nazirliyi hesab edir ki, böyük geosiyasi dəyişikliklər Arktikaya yeni strateji yanaşmanın hazırlanması zərurətini yaradır.

Pentaqonun bu cür dəyişikliklərinə Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya daxil olması, Çin və Rusiya arasında əməkdaşlığın gücləndirilməsi və iqlim dəyişikliyinin təsirinin sürətlənməsi daxildir.

Oxşar xəbərlər

Pentaqon: Arktika ABŞ üçün strateji qarşıdurma bölgəsinə çevrilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveç, Finlandiya və İsveç NATO sammitini və Ukraynaya yardımı müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveçin NATO-ya daxil olması Rusiyadan müdafiə üçün imkan yaradır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Arktikadakı ərazisini genişləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər