BƏƏ Qəzza zolağında müvəqqəti beynəlxalq missiyanın yaradılmasını təklif edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti humanitar böhranı həll etmək üçün Qəzza zolağında müvəqqəti beynəlxalq missiyanın yaradılmasına dair çağırış edib.
“Report” WAM agentliyinə istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında təhlükəsizlik və sabitliyə nail olmaq üçün əvvəlcə Fələstin anklavında yeni baş nazirin rəhbərlik edəcəyi Fələstin hökumətinin razılığı ilə fəaliyyət göstərəcək müvəqqəti beynəlxalq missiya yaratmaq lazımdır.
BƏƏ rəsmisi hesab edir ki, missiyanın vəzifələrinə Fələstin anklavında humanitar böhrana reaksiya vermək, asayişi bərpa etmək, eləcə də İordan çayının qərb sahili və Qəzza zolağını birləşdirə biləcək gələcək hökumətin əsaslarının qoyulması daxildir.
Oxşar xəbərlər
Qəzza zolağında ölən jurnalistlərin sayı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzza zolağına göndərilən bütün humanitar yardımları yoxlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Qəzza münaqişəsini müzakirə etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niderland Qəzza zolağına humanitar yardım üçün əlavə 25 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN başçısı: Qəzzada böhranın davam etməsinə görə ABŞ məsuliyyət daşıyır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












