Hamburqda bıçaqla hücumda şübhəli bilinən qadın saxlanılıb – YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
23:30

Hamburqda bıçaqla hücumda şübhəli bilinən qadın saxlanılıb – YENİLƏNİB

23 may, 2025
23:30
486

Hamburqda bıçaqla hücumda şübhəli bilinən qadın saxlanılıb – YENİLƏNİB

Hamburq polisi hesab edir ki, Hamburqun əsas qatar stansiyasında bıçaqlı hücumu törətməkdə şübhəli bilinən 39 yaşlı qadın təkbaşına hərəkət edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hamburq polisi məlumat yayıb.

"Saxlanılan şəxs 39 yaşlı qadındır. İndiyədək daxil olan məlumat əsasında onun təkbaşına hərəkət etdiyini güman edirik. İstintaq tam sürətlə aparılır", – məlumatda bildirilir.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının nümayəndələri dəqiqləşdiriblər ki, hazırda qurbanların sayı ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, bir neçə nəfərin həyati təhlükəli xəsarətlər aldığı bildirilir.

21:56

Almaniyanın Hamburq şəhərində yerləşən əsas dəmiryol vağzalında baş vermiş bıçaqlı hücum nəticəsində azı səkkiz nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır. Almaniya Federal Polisi hadisədə şübhəli bilinən qadını saxlayıb.

Hamburq polisi şəhərin əsas qatar stansiyasında “böyük polis əməliyyatı” barədə məlumat verib.

Bizimlə əlaqə saxlayın