İsrailin müdafiə naziri Yəmənin husi liderini öldürməklə hədələyib
sizinxeber.az xəbər saytı

İsrailin müdafiə naziri Yəmənin husi liderini öldürməklə hədələyib


İsrail “Ənsar Allah” (Husi) üsyançı hərəkatının hücumlarına cavab olaraq Yəmənə zərbələr endirməyə davam edəcək və onun lideri Əbdül Malik əl-Husini zərərsizləşdirməyə hazırdır.

"Sizinxeber.az"un xəbərinə görə, bu xəbərdarlıqla yəhudi dövlətinin müdafiə naziri İsrael Katz “X” sosial şəbəkəsində İsrailin Yəmən limanlarına yeni silsilə zərbələr endirməsindən sonra çıxış edib.

O xatırladıb ki, bundan əvvəl İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyfi və hərəkatın lideri Yəhya Sinvarı, “Hizbullah”ın baş katibi Həsən Nəsrullahı və HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni aradan götürüblər.

"Dediyimiz kimi, husilər İsrailə raket zərbələri endirməyə davam edərlərsə, onlara ağrılı zərbələr dəyəcək. Biz də terrora rəhbərlik edənləri vuracağıq - Qəzzada əd-Deyf və Sinvar, Beyrutda Nəsrullah və Tehranda Haniyə ilə etdiyimiz kimi. Biz Yəməndə Əbdül Malik əl-Husini izləyib məhv edəcəyik. Biz özümüzü hər cür hücuma qarşı müdafiə edəcəyik", - Katz yazıb.

Oxşar xəbərlər

İsrailin müdafiə naziri husilərin liderini öldürməklə hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail MN İranda HƏMAS liderinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yəhya Sinvar HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail “HƏMAS” liderini ölü və ya diri tapıb mühakimə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS-ın yeni lideri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər