Rumıniya prezidentliyinə namizəd Ukraynaya hərbi yardıma görə təzminat tələb edib
Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gələn “Rumınların Birliyi Uğrunda Alyans” partiyasının lideri George Simion Ukraynaya verdiyi dəstəyə görə ölkəsinin təzminat almalı olduğunu bildirib.
“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, o, Kiyevə silah tədarükünün əleyhinə çıxış edərək onlara verilən “Patriot” zenit-raket kompleksinin və çəkilən digər xərclərin geri ödənilməli olduğunu vurğulayıb.
Simion qeyd edib ki, o, Ukrayna məsələsində neytrallığın və gərginliyin olmamasının tərəfdarıdır, həmçinin Donald Tramp administrasiyasının mövqeyi ilə razıdır.
O, həmçinin Aİ-nin Ukraynaya yardımına mane ola biləcəyini etiraf edərək, Rumıniyanın müdafiə sektorunda Aİ-yə yox, NATO-ya güvənməli olduğunu vurğulayıb.
Simionun rəqibi, Buxarest meri Nikuşor Dan isə əksinə, seçkilərdə qalib gələcəyi təqdirdə Kiyevi dəstəkləməyə davam etmək niyyətində olduğunu açıqlayıb.
Rumıniyada səsvermənin ikinci turu mayın 18-nə təyin edilib.
Oxşar xəbərlər
Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İfrat sağçı siyasətçi Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Marsel Çolaku Rumıniyanın Baş naziri vəzifəsindən istefa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveç Ukraynaya “Patriot” zenit-raket kompleksinin tədarükü üçün 27,1 milyon dollar ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Rumıniyanın Baş naziri istefasını elan edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












