HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazır olduğunu bildirib
sizinxeber.az xəbər saytı

HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazır olduğunu bildirib


Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazır olduğunu təsdiqləyib və hazırda İsrailin addımını gözləyir.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın liderlərindən biri Əbdül Rəhman Şadid “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib.

"HƏMAS təsdiq edir ki, o, (İsrail girovlarının fələstinli məhbuslarla dəyişdirilməsi – red.) saziş bağlamağa hazırdır və artıq bununla bağlı hərtərəfli təklifini təqdim edib. Lakin İsrail danışıqların uğuruna mane olur, indi top öz meydanındadır", - Şadid vurğulayıb.

O əlavə edib ki, hərəkat Qəzzada beş illik atəşkəs və müvafiq regional və beynəlxalq səviyyədə təminat tələb edib, lakin İsrail hökuməti bu təklifi rədd edib və döyüşləri dayandırmaqdan imtina edib.

Eyni zamanda, Şadidin sözlərinə görə, buna baxmayaraq, HƏMAS vasitəçiləri əmin edib ki, o, daimi atəşkəs, İsrail qoşunlarının Qəzzadan çıxarılması və ədalətli mübadilə sazişinin bağlanması daxil olmaqla istənilən təklifi məsuliyyətlə nəzərdən keçirəcək.

Oxşar xəbərlər

HƏMAS sözçüsü Qəzza ilə bağlı razılaşmaya hazır olduqlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər HƏMAS-İsrail yaxınlaşmasında irəliləyiş görür [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail girovların əvəzində Qəzzada beşillik atəşkəs ideyasını rədd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər