KİV: Kopenhagendə avtomobil izdihama çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

KİV: Kopenhagendə avtomobil izdihama çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB


Danimarkanın paytaxtı Kopenhagenin mərkəzində avtomobilin izdihama çırpılması nəticəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Danimarkanın TV2 telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sürücünün özü də daxil olmaqla 3 nəfərin vəziyyəti ağırdır. O, tibbi yardım aldıqdan və ifadə verəndən sonra polis onu dindirəcək.

Kopenhagen polis rəisi bildirib ki, avtomobil əvvəlcə yol işləri aparılan ərazidən keçib, sonra velosipedçini vurub, sonra isə kafenin yanında dayanan insanlara çırpılıb.

20:56

Danimarkanın paytaxtı Kopenhagenin mərkəzində avtomobilin izdihama çırpılması nəticəsində 5 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Danimarkanın TV2 telekanalı məlumat yayıb.

Bir nəfərin təcili tibbi yardıma ehtiyacı olduğu qeyd edilir.

İlkin məlumata görə, hadisə sürücünün səhlənkarlığı ucbatından baş verib.

Qəzanın Sortedam-Dosserinq küçəsində qeydə alındığı bildirilir.

Oxşar xəbərlər

Kopenhagendə avtomobilin izdihama çırpılması nəticəsində 11 nəfər yaralanıb
Almaniyada avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində ən azı iki nəfər ölüb, 25 nəfər xəsarət alıb - YENİLƏNİB
Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
Samuxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Varşavada avtomobil qəzası nəticəsində 8 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər