Dominikanda klubun damının uçması nəticəsində ölənlərin sayı 231-ə çatıb
sizinxeber.az xəbər saytı

Dominikanda klubun damının uçması nəticəsində ölənlərin sayı 231-ə çatıb


San Dominqoda klubun damının uçması nəticəsində yaralanan 10 nəfər xəstəxanalarda ölüb. Beləliklə. ölənlərin sayı 231-ə çatıb.

"Sizinxeber.az"un xəbərinə görə, bunu Dominikan Respublikasının daxili işlər naziri Fəridə Raful bildirib.

"İndiyədək qəzanın 231 qurbanı təsdiqlənib. 221 nəfərin meyiti hadisə yerində tapılıb. Daha on nəfər isə xəstəxanalarda ölüb", - Raful deyib.

Bundan əvvəl 218 nəfərin öldüyü bildirilirdi.

Dominikan Respublikasının Fövqəladə İdarəetmə Mərkəzinin məlumatına görə, binanın dağıntıları altından 189 nəfər sağ çıxarılıb. Onlardan azı 155-i xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Santo Dominqoda “Jet Set” klubunun damı bir həftə əvvəl konsert zamanı uçub. Dominikan Prezidenti Luis Abinader aprelin 8-dən 13-dək matəm elan edib. Xilasetmə əməliyyatları başa çatıb, dağıntılar təmizlənir, bundan sonra fəlakətin səbəbləri ilə bağlı araşdırmalara başlanılacaq.

Oxşar xəbərlər

Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 200-ü ötüb - YENİLƏNİB
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb - YENİLƏNİB
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb – YENİLƏNİB 3
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle